Xüsusi baqaj
Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları
Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:
- idman ləvazimatı*;
- üç ölçünün cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;
- Audio və videotexnika;
- televizorlar, soyuducular;
- qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj;
- diri heyvanlar;
Xüsusi baqajın daşınması Aviaşirkətlə razılaşdırılmalı və sərnişinin daşıdığı digər baqajın çəkisindən asılı olmayaraq müəyyən edilmiş tariflə ödənilməlidir.
- Bütün uçuşlarda velosiped baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq daşınması zamanı artıq ölçü nəzərə alınmamalı yalnız normadan artıq yer və ya çəki olduqda nəzərədə tutulmuş ödəniş aparılmalıdır.