Uşaqlar üçün Dubaya hədiyyəli aviabilet!

11 May 2023, 07:48

Image

Bu yay ailələri Dubayda unudulmaz tətil keçirməyə dəvət edirik. AZAL-ın xüsusi 2+1 təklifi sayəsində uşaqlarla tətil daha əlverişli olacaq: 11 may - 30 iyun tarixlərində böyüklər üçün iki bilet almaqla siz bir uşaq biletini pulsuz* əldə edəcəksiniz.

Kampaniyadan yararlanıb uşaqlara hədiyyəli bileti əldə etmək üçün turizm agentliyi vasitəsilə iki böyüklər üçün bilet almalı və ya “Azərbaycan Hava Yolları”nın callcenter@azal.az ünvanlı çağrı mərkəzi ilə əlaqə saxlamalısınız. Kampaniya yalnız bu şəkildə əldə edilən biletlərə keçərlidir.

Uşaq biletinin yaş həddi 12 yaşa qədərdir.

Daha bir xoş xəbər! Bu yay uşaqlara Dubayın əfsanəvi hotellərində pulsuz qalmağı, həmçinin kinoteatr, əyləncə kompleksləri və şəhərin bir çox görməli yerlərinə pulsuz girişi təmin edən xüsusi “Uşaqlara pulsuz Dubay” təklifi var. Buraya məşhur “Burj Khalifa” və yepyeni “The View at The Palm” kimi populyar müşahidə guşələrində pulsuz əyləncə də daxildir.

Bundan əlavə, qonaqlar eksklüziv erkən rezervasiya kampaniyasından yararlana və şəhərdə daha uzun müddət qalıb daha maraqlı yerləri ziyarət etmək üçün çoxlu endirimlər əldə edə bilərlər. İstidən qaçarkən uşaqlarla əylənmək üçün Dubayda qapalı məkanda xizək sürməkdən tutmuş sualtı macəralara qədər bir çox əyləncə var.

Çimərlikdə sakit tətil, mədəniyyət aləminə ekskursiya və ya bol əyləncəli macəraları ilə münasib qiymətli Dubay yayda ailəvi istirahət üçün əla seçim olacaq. AZAL-ın unikal təklifi ilə Dubaya səyahət isə artıq daha asandır!

Dubayda yay təklifləri haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.visitdubai.com/en/deals-and-offers/summer-offers

 

* “Uşaqlara pulsuz Dubay” kampaniyası çərçivəsində əldə etdiyiniz pulsuz biletlərə hava limanı vergiləri tətbiq olunur.

** İstisnalar tətbiq olunur: 2+1 kampaniyası 28 iyun - 2 iyul 2023-cü il tarixlərindəki səyahətlərə şamil edilmir.