Booking.com ilə hotel bron edin, mil qazanın
3 Avqust 2022, 12:42
Məşhur Booking.com xidməti vasitəsilə səyahətiniz üçün sərfəli bir hotel və ya mənzil bron edin.
Booking.com bütün dünyada hotellərin, mənzillərin, evlərin müstəqil şəkildə bron edilməsi üçün saytdır. Xidmət 43 dildə mövcuddur və dünyanın demək olar ki, bütün ölkələrində 28 milyondan çox yerləşdirmə variantları təklif edir.
Xidmətdən istifadə etmək asandır, hər kəsə ən yaxşı yaşayış variantları təqdim edir. Onun üstünlükləri arasında rezervasiyaların pulsuz ləğvi imkanı, "Genius" loyallıq proqramı, həmçinin qonaqların rəyləri əsasında ən dürüst hotel qiymətləndirilmə sistemi daxildir.
Partnyor linkindən keçərək hotel bron edib, siz əlavə olaraq hər 10 dollar üçün üç AzalClub mili qazana bilərsiniz.
AzalClub bonus proqramı haqqında daha ətraflı məlumatı azalclub.az saytından əldə edə bilərsiniz.