"AZAL Miles" ballarının toplanması və istifadə qaydası
Mükafatlandırma kalkulyatoru
Səyahət ballarınızdan, dərc edilmiş kalkulyatora uyğun olaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən təqdim edilən mükafatlandırmaların əldə edilməsi üçün istifadə etmək mümkündür.
AZAL-Miles proqramı üzrə mükafatlardan istifadə etmək üçün aşağıdakı təlimata riayət edin:
- Mükafatlandırıcı aviabiletin əldə edilməsini mümkün qədər əvvəlcədən planlaşdırın.
- Yuxarıda təqdim edilən kalkulyatordan istifadə edərək mükafatlandırma üçün lazım olan səyahət ballarını yoxlayın.
- Ballarınızın lazımi miqdarda olub-olmadığını yoxlamaq üçün hesabınızda səyahət ballarının balansını yoxlayın.
- Səyahət etmək istədiyiniz tarixə mükafatlandırıcı aviabiletlər əldə etmək imkanı barədə məlumat almaq üçün “Azərbaycan Hava Yolları”nın yaxınlıqdakı aviabilet satışı ofisləri ilə əlaqə saxlayın. Məlumatı nə qədər tez dəqiqləşdirsəniz, biz Sizin sorğunuzu daha tez təmin edə bilərik.
- Seçdiyiniz mükafatlandırıcı aviabilet üçün şəxsən müraciət etmənizi xahiş edirik. Unutmayın ki, mükafatlandırıcı aviabilet “ilk ol, xidmətdən ilk yararlan” prinsipi əsasında təqdim edilir.
- Mükafatlandırıcı aviabileti təxsis edən zaman Siz vergiləri, hava limanı yığımlarını və digər əlavə yığımları ödəməlisiniz.
- Mükafatlandırıcı aviabilet üzrə uçuş saatının və tarixinin dəyişdirilməsini və ya xidmət sinfinin yüksəldilməsini uçuş vaxtından ən azı 24 saat əvvəl bildirməklə həyata keçirə bilərsiniz. Bir istiqamətə aviabiletin dəyişdirilməsi üçün Classic statuslu iştirakçılardan 50 avro, gediş/dönüş aviabiletləri üçün isə 100 avro məbləğində rüsum tutulur. Gold, Platinum statuslu iştirakçılar mükafatlandırıcı aviabiletin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsini ÖDƏNİŞSİZ həyata keçirə bilərlər.
Uçuşdan sonra isə bütün proqram iştirakçıları 75 avro (bir uçuş istiqaməti) ödəmək şərtilə mükafatlandırıcı aviabiletdə qeyd olunan dəyişikliyi edə bilərlər.