AZAL-Miles iştirakçıları üçün bonus ballarının etibarlılıq müddəti 30 iyun tarixinədək uzadıldı!
28 Aprel 2023, 06:00
Yeni uçuş mövsümündə yeni istiqamətlərin açılışı ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkəti AZAL-Miles loyallıq proqramının iştirakçıları üçün bonus ballarının etibarlılıq müddətini uzadır.
Ballarının etibarlılıq müddəti artıq bu ay bitməli olan proqram iştirakçıları 2023-cü ilin 30 iyun tarixinədək (30 iyun daxil olmaqla) onlardan istifadə edə biləcəklər.
Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum səviyyələrinin status ballarına şamil olunur.
«AZAL-Miles» - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez səyahət edən sərnişinləri üçün nəzərdə tutulan loyallıq proqramıdır.
Loyallıq proqramı ilə bağlı suallarınızı azalmiles@azal.az elektron poçtu və ya aviaşirkətin internet saytında yerləşdirilən xüsusi əlaqə forması vasitəsilə müştəri dəstək xidmətinə ünvanlaya bilərsiniz.